Bakıda ikinci mərtbədən yıxılan 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.

Orada tikinti aparılan binada fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Əkbərov Tariyel Bəhrəm oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.