"Mən Ermənistan bayrağının başını aşağı, ayaqlarını yuxarı qaldırmışam

Unikal.org xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyytinin başçısı Əhəd Abıyev bildirib.

"Bu rayon ictimaiyyətinin, 460 hərbçinin gözü qarşısında baş verib. O qədər insan erməni bayrağı ilə Kolumbiya bayrağını tanımayıb? Erməni bayrağı iki üzlü şiferin üstündə çəkilib. Bir tərəfi də solğun. Bu qədər camaatın gözü kordur? Onlar istəyirdi ki, bayrağı səhnəyə gətirib ayaq altına atıb tapdalasınlar. Mən də belə səhnənin olacağını bilmirdim. Tribunadan dedim ki, saxlayın. Düşdüm tribundan bayrağı fırlatdım, ayaqlarını göyə qaldırdım, başını da aşağı, sonra da yumruqla düz istədiyim yerdən yumruqladım. Erməni bayrağını da düz tutarlar? Bu şərəfsizlikdir. Erməninin başını aşağı qıçların da yuxarı tutmaq lazımdır.

Ə.Abıyev Ermənistan bayrağını yumruqlayan zaman barmaqlarının əzildiyini də deyib:

"Əlim əzildi, həkim çağırdılar, sarıdılar, sonra da rentgen elətdirdim. Bakıda yaşayan ermənilər var, siyasi oyunbazlıq edirlər, bunu başqa yerə yozurlar. Guya, mən Kolumbiya bayrağını yumruqlamışam. Burada Kolumbiyadan söhbət belə gedə bilməz. Mən ermənilərin Azərbaycan bayrağı ilə qadınlarımızın ağacdan asıldığını görmüşəm. Bəlkə mənim qədər Qarabağa tələsən yoxdur. Yolu da düzətdirmişəm. Dağdan aşıb düz Kəlbəcərə gedəcəyik.

Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb. Bayrağın rənglərinin solğun olması və tərs tutulması onun Kolumbiya bayrağına bənzədilməsinə səbəb olub.

İcra başçısının bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.