Təhsil sistemində gənclərin yüksək vəzifələrdə təmsil olunması nadir rast gəlinən hadisədir. Xüsusilə ali məktəblərdəki idarəetmədə daha təcrübəli, peşəkar kadrlara üstünlük verilir.
Unikal.org axar.az-a istinadən bildirir ki, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli bu sahədə fərqlənib. Rektor öz oğlu Günhan Hüseynlini universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib.
G.Hüseynli 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib.
2013-cü ildən, 22 yaşından isə Bakı Avrasiya Universitetinin İnzibati idarəetmə üzrə prorektoru vəzifəsində çalışır.
Universitetdə gənclərlə dinamik fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi, eləcə də Yeni Azərbaycan Partiyası tərəfindən fəxri fərmanlarla təltif olunub.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.