Dələduzluqda təqsirləndirilən Zemfira Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Z.Qasımova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Qasımova vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını dələduzluq yolu ilə əkə keçirməkdə təqsirli bilinib.