Ağdamda 24 yaşlı oğlanı it dişləyib. 

Unikal.org apa-ya istinadən xəbərinə görə, Quzanlı qəsəbə sakini İlyasov Xəyyam Bəylər oğlu sol ayağından xəsarət alıb.

Xəstəxanaya çatdırılan X. İlyasova quduzluq əleyhinə zərdab vurulub.

Qeyd edə ki, son günlər bölgədə it dişləmə hallarının sayı nəzərəçarpacaq dərəcədə artıb.