Sabah "Qaz İxrac İdarəsinin Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan Unikal.org-a verilən məlumata görə, noyabr 11-də saat 11:00-dan 13:00-dək "Qaz İxrac İdarəsinin Qazax Magistral qaz kəmərləri sahəsinin "Ağstafa, saat 09:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin "İmişli, "Axundov, "Saatlı, "Qaracalar, "Otuzikilər və "Əlillər qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin İmişli, Saatlı, Sabirabad və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.