Yolun ortasındakı çinar ağacları Xudat-Yalama avtomobil yolunun 14-cü kilometrliyindədir.

ARB Şimal xəbər verir ki, 38 il əvvəl bu ərazidə ilk dəfə yol çəkiləndə layihəyə əsasən, ağaclar kökündən çıxarılmalı olub. Amma həmin vaxt baş verən hadisələr iş icraçılarını fikrindən daşındırıb.

Yerli sakinlərin də çinarların çıxarılmasına etiraz etməsi məsələnin daha da böyüməsinə səbəb olub.Həmin vaxtXaçmazda birinci katib vəzifəsində çalışanAslan Nəsibovlayihənin dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edir. Çünki yolun ağaclara görə başqa ərazidən keçməsi əlavə vəsait tələb edirdi. Yalnız bundan sonra layihədə dəyişiklik edilir və ağacların yolun ortasında saxlanılmasına qərar verilir: "Sovet vaxtıbu yol təzə tikiləndə, traktor bunu çəkəndə "tros" qırıldı. 2-ci traktor gəldi. O da eyni problem yaşadı. Bunu gördülər və dayandılar. Kəsmək olmur".

Xudat-Yalama-Zuxuloba yolu bu il "Azəravtoyol" ASC tərəfindən yenidən qurularaq istifadəyə verilib. Yolun çəkilişi zamanı çinar ağacları saxlanılıb. Hərəkət isə məneəni sağdan-soldan keçməyi bildirən nişanların köməyi ilə təşkil olunub: "Bizim Yalama kəndinin 2 sakini gəliblər bura. Daha sonra gediblər Xudata, oradan qayıdandaqəza törədiblər".

2 hərəkət zolaqlı yolun uzunluğu 24 km- eni isə 7,5 m dir. Yol 28 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.