Bütün dünyada məşhur olan "Siena International Photo Awards" beynəlxalq foto müsabiqəsinin nəticələri açıqlandı.

Unikal.org-un Rusiya mətbuatına istinadən məlumatına görə, İtaliyada keçirilən müsabiqəyə minlərlə foto qəbul edilsə də onlardan bir neçəsi qalib olub. Suriyalı qaçqın ailənin faciəsini əks etdirən şəkil birinci yeri tutub. Bu fotoda sərhəddə tikanlı məftillərdə ilişib qalan, ağlayan qızcığaz bütün dünyanın diqqətini çəkib.