IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub.

Unikal.org xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. 

Leyla Əliyevamərkəzin tikintisinin müxtəlif mərhələlərini əks etdirən fotostendlə tanış olub. O, mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.Vitse-prezident mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə və bərpa komplekslərinə baxıb. 

Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış olub. Fabrik Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir. Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.


Leyla Əliyeva açılış etdi -  Foto