Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində yolun kənarından kişi meyiti tapılıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, naməlum kişi meyitinin üzərindəki xəsarət izləri onun yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyi ehtimalı yaradıb. Amma naməlum şəxsin ölümünün dəqiq səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı hüquq-mühafizə orqanlarında cinayət işi qaldırılıb,operativ araşdırmalara başlanııb.