Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.

Unikal.org bildirir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir.

Tramp Ərdoğana "sizə çox böyük hörmətim var deyə bildirib: "Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir.

Telefon söhbətində İŞİD, FETÖ lideri Fəthullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.