Şəkidə 17 saylı orta məktəbin şagirdini it dişləyib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, 3-cü sinif şagirdi Məmmədov Pərvin Elçin oğluna məktəbin həyətində it hücum çəkib. Ayağından yaralanan uşaq dərhal təcili tibbi yardım vasitəsilə Şəki MRX-yə çatdırılıb.

Uşağın nənəsi Laləzar Əliyeva nəvəsinin 1-ə 15 dəqiqə qalmış məktəbdən çıxdığını bildirib: "5 saatdır mən axtarıram. İynə tapıb vurmurlar. Əvvəlcə aşağıdakı, sonra isə buradakı klinikaya gəldim. Burada da olmadı yenidən getdim ora. Oradan da bura göndərdilər.

İtin quduz olub-olmaması da məlum deyil. Məktəbin həyətində balaladığını da nəzərə alsaq, deməli zamanında it məktəbdən uzaqlaşdırılmasa eyni vəziyyət davam edəcək.