Noyabrın 15-dən etibarən ''Azəristiliktəchizat'' ASC tərəfindən binalara istilik veriləcək. Bununla bağlı son işlər görülür. Əməkdaşlarımız qurumun rəsmilərindən qazanxanaların vəziyyəti, eləcə də işlərin hansı səviyyədə olması ilə maraqlanıblar.

Unikal.org xəbər verir ki, bu mövsüm ''Azəristiliktəchizat'' 3660 binaya istilik verəcək.

Hər qış mövsümündə müəyyən binalara istiliyin verilməsinə problemərin yaşanması müşahidə etmək mümkündür. Qurum rəsmisi problemlərin nədən qaynaqlana biləcəyinə aydınlıq gətirib

Bir müddət əvvəl Azəriqaz istehsalat birliyi Azəristliktəchizatın borcunun olması ilə bağlı məlumat yaymışdı. Görəsən bu il bu dövlət qurumları arasında yaşana biləcək borc qalmaqalından vətəndaşlar əziyyət çəkəcəkmi?