Yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığımız olacaq.

Unikal.org apa-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti seçilən Donald Tramp "The Wall Street Journal qəzetinə müsahibəsində bəyan edib.
"Mən Vladimir Putindən gözəl bir məktub almışam və tezliklə aramızda telefon danışığı olacaq, deyə D.Tramp bildirib.
O həmçinin qeyd edib ki, seçkilərdən sonra Çin Xalq Respublikasının sədri Si Tszinpin istisna olmaqla bir çox dünya liderlərindən təbrik məktubları alıb, bəziləri ilə telefonla danışıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, yeni ABŞ prezidentinin inauqurasiyasınadək Putin və Trampın hər hansı əlaqəsi planlaşdırılmır.