Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.

Unikal.org-un xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verib ki, abidə ucaldılan parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.

Dövlət başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib.