Zaqatala rayonundan Bakıya 4 gündür ki, avtobuslar işləmir.

Bu barədə Unikal.org-a rayon sakinləri şikayətində bildiriblər. "Onlar vurğulayıblar ki, 4 gündür Bakıya gəlmək üçün avtobus tapa bilmirlər. Səbəb isə köhnə və təzə avtovağzal rəhbərliyi arasında baş verən anlaşılmazlıqdı. Bu səbəbdən 25 manat taksiyə ödəyib paytaxt Bakıya gəlmək məcburiyyətindəyik. Rayon sakinləri köhnə avtovağzaldan paytaxt Bakıya gediş-gəliş üçün daha rahat olduğunu da deyiblər. Təzə avtovağzal şəhərdən kənar olduğundan oraya getmək çətin olur-deyə rayon sakinləri bildiriblər.

Zaqataladan-Bakıya avtobus sürücüsü işləyən şəxslərdən biri Unikal.org-a bildirib ki, işləməyimizə maneəçilik törədildiyi üçün reysə çıxa bilmirik. "Məsələnin bu gün həll ediləcəyi deyilir və biz də gözləyirik. Sakinlər də köhnə avtovağzaldan istifadə edirlər. Yeni Avtovağzala heç kim gəlmir. Ona görə də problem həllini tapanadək bizə reysə çıxmamaq tapşırığı verilib.

Image result for şəfa mehmanqızıMəsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətnin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı belə bir faktın olduğunu təsdiqləyib.

O bildirib ki, ötən ilin iyul ayının 15-də Zaqatalada yeni avtovağzal istifadəyə verilib və Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən pasportlaşdırılıb.

"Tikintisinə 2013-cü ildə başlanılmış yeni avtovağzal Zaqatala şəhərindən 4 km aralıda, Yexlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun sol sahilində yerləşir. Yeni, müasir, işıqlı avtovağzal binasında sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi 500 kvadratmetr olan avtovağzalın havalandırma sistemi ilə təchiz olunan gözləmə zalı, bilet satışı kassaları, dispetçer otağı, saxlama kamerası, ana-uşaq otaqları, sürücülərin istirahət otağı, ibadət otağı, kafe, həyətyanı sahədə avtoyuma və texniki müayinə mərkəzi var. Avtovağzal eyni anda 30-a yaxın müxtəlif tutumlu nəqliyyat vasitəsini qarşılamaq və yola salmaq gücünə malikdir. Bütün bu şərait rayon əhalisinin rahat gediş-gəlişi üçün yaradılıb-deyə qurum rəsmisi bildirib.

Image result for zaqatala yeni avtovağzal

Şəfa Mehmanqızı onu da deyib ki, hazırda Bakı-Zaqatala istiqamətində gediş-gəliş üçün avtobuslar ayrılıb və bunların sayı azlıq təşkil edir.

"Buna səbəb isə rayonda bu sahə ilə məşğul olan sahibkarlar yeni avtovağzaldan avtobuslarını xəttə çıxartmaq istəmirlər. Təmsil etdiyimiz qurum onların qarşısında şərt qoyub. Şərt isə bundan ibarətdir ki, onlar yeni avtovağzaldan istifadə etməli və bunun üçün bilet əsnasında sərnişindaşıma ilə məşğul olmalıdırlar. Rayon avtobuslarının əksəriyyəti yeni avtovağzalın kassasından bilet alan sərnişinlərlə işləmək istəmirlər. Bir sözlə, onlar qanunu şəkildə fəaliyyət göstərmək istəmirlər. Bunun üçün köhnə avtovağzaldan qanunsuz sərnişin daşıma ilə məşğul olurdular. Bu yaxınlarda Zaqataladan da online bilet satışını həyata keçirmək niyyətindəyik-deyə Şəfa Mehmanqızı vurğulayıb.

Qurum rəsmisi bildirib ki, rayonda köhnə avtovağzalın bağlanması da hələlik mümkün deyil:

"Çünki bura dövlət deyil, özəl şirkətlər nəzarət edir. Bunun üçün köhnə avtovağzala verilən pasportun müddəti bitənədək fəaliyyətinin dayandırılması qeyri-mümkündür. Amma bütün bunlara baxmayaraq sahibkarlardan mövcud qanunlar əsasında və bundan kənara çıxmamaq şərtilə avtobus daşıması ilə məşğul olmağa icazə verilir və əks halda xəttən kənarlaşdırılacaqlar.