Bu gün "Azərişıq ASC-nin Qərb Regional Tədris Mərkəzində Azərbaycan RespublikasıTəhsil Nazirliyinin dəstəyi ilə "Kadr hazırlığında müasir tədris texnologiyaları və qabaqcıl təcrübə mübadiləsi mövzusunda seminar keçirilib.

Unikal.org xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd"Azərişıq ASC-nin Qərb Regional Tədris Mərkəzinin fəaliyyəti, Tədris Mərkəzində təlimin məqsədləri, Azərişıq ASC-nin Tədris Mərkəzində müasir tədris texnologiyalarından (dual tədris texnologiyasın) istifadə olunması və əldə olunan nəticələr ilə Regionda "Elektroenergetika mühəndisliyi və "Elektrik mühəndisliyi ixtisasları üzrə mühəndis kadrlar hazırlayan ali məktəblərin professor - müəllim heyətini tanış etmək, həmçinin kadr hazırlığındakı mövcud problemlərin həlli yollarının analiz edilməsidir.

SeminardaGəncəşəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Mingəçevir şəhərindəki Mingəçevir Dövlət Universitetinin və digər elektroenergetika üzrə kadr hazırlayan peşə və kollec təhsili verən müəssisələrinin nümayəndələri iştirak ediblər.

Seminarda qeyd edilib ki, bundan sonra"Azərişıq ASCelektroenergetika üzrə kadr hazırlayan ali təhsil müəssisələri ilə Müştərək Magistr Hazırlığı layihəsi həyata keçirəcək.