Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 100-dək dindar yaralanıb.

Unikal.org-un "Dawn nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.

Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.

"İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

***** 

20:26

Pakistanın cənubunda məsciddə partlayış törədilib, nəticədə 30-dan çox dindar ölüb.

Unikal.org-un "RİA Novostiyə istindən verdiyi xəbərə görə, partlayış Kəraçi əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.

Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.