Bakıda 4 otaqlı evdə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardasının yanar konstruksiyaları 150 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.