"Sağlam təbiət-sağlam cəmiyyət" layihəsinin icrasına başlanılıb.

Unikal.org xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyi ilə keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsi Solmaz Əsədzadə tərəfindən icra olunan layihənin məqsədi Azərbaycanın ekoloji mühitinin qorunması məsələsində cəmiyyəti maarifləndirmək və bu sahədə hər kəsin üzərinə düşən vəzifənin ciddiliyini cəmiyyətə çatdırmaq, eyni zamanda təkrar emal fəaliyyətində cəmiyyətin daha çox iştirak edilməsinə vasitəçi olmaqla ekologiyaya və iqtisadiyyatımıza mümkün qədər müsbət təsir göstərə bilməkdir.

Layihə çərçivəsində ilk təlim 12 noyabr tarixində Azərsun Akademiyasında baş tutub. Tələbələrin çoxluq təşkil etdiyi təlimdə Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatı İstehsalat müdiri Əli Məmmədov tərəfindən mövzu ilə bağlı təlim keçirilib. Gənclərə ekoloji problemlər və onların həlli, eyni zamanda təkrar emal siyasəti ilə bağlı məlumatlar verilib. Onların sualları ətrafında geniş müzakirələr aparılıb.