Paytaxtın Xətai rayonunda yerləşən otellərdən birində yanğın hadisəsi baş verib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.

Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.