Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Unikial.org Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Qızıldaş-H.Z.Tağıyev yolunda "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilindəki sərnişin aldığı xəsarətlərdən vəfat edib, avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.