Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org bildirir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Habil Əliyevi yük maşını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən H.Əliyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.