Image result for Rasim MusabəyovRusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi işğalçı ölkəyə dəstək verməkdir.

Məsələ ilə bağlı Unikal.org-a millət vəkili və politoloq Rasim Musabəyov qısa münasibət bildirib.

O vurğulayıb ki, ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. "Dəfələrlə deyib ki, bizim ərazilərimizdə böyük müharibə etməyə hazırlaşıb. Bu cür hərbi bəyanatların müqabilində nədənsə Rusiya bununla deyir ki, Ermənistanın ərazisi toxunulmaz qalmalıdır. Əslində isə bu ermənistanın işğalçılıq siyasətinə dəstək deməkdir".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib. Müvafiq sənəd bu gün rəsmi hüquq informasiya internet portalında dərc olunub. Rusiya Federasiyası hökumətinin Rusiya Federasiyası ilə Ermənistan arasında qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında təklifləri qəbul olunub.