Azərbaycan prezidenti İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;
Etibar Pirverdiyev - "Azərenerji Açıq Səhmdar Cəmiyyətinin sədri;
Qorxmaz Hüseynov - "Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.

Dövlət Komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmalı, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirməli və texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.