Şimali Koreya lideri Kim Çen İn orduya nüvə başlıqlı silahların hazırlanması üçün təlimat verib.
Unikal.org xarici mətbuata istinadən məlumatına görə, Kim Çen İn orduya çağırışında "çətin şərtlərdə ölkəmizin müstəqilliyini və var olma haqqını qorumaq üçün yeganə yol nüvə silahlarımızın həm keyfiyyətini, həm də gücünü artırmaqdır. Bu məqsədlə hər an atəş etməyə hazır olmaq üçün nüvə başlıqlı silahlar hazır vəziyyətə gətirilməlidir" ifadələrini işlədib.(lent.az)