Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər davam edir.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-dən səhra şəraitində qoşunların idarə olunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin irimiqyaslı təlimləri başlayıb.
Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunur. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edilir.