Unikal.org Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsin təqdim edir.

- Nuşirəvan müəllim, bu gün Azərbaycan efir məkanındakı vəziyyəti necə xarakterizə edərdiniz? Efirdə neqativ hallar azalıb, ya artıb?

- Əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb. Verilişlərin biçimində də müəyyən dəyişikliklər hiss olunur. Amma təəssüf ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi çox narahat edir. Hesab edirəm ki, qarşımızdakı illərdə bu sahədə müəyyən dəyişikliklər ediləcək. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır.
Azərbaycanda özəl televiziya kanalları kommersiya maraqlarını əsas götürür. Reklam bazarındakı vəziyyətə baxdıqda vəziyyətin o qədər ürəkaçan olmadığını görürük. Qonşu Türkiyə və Rusiyanın televiziya kanalları kabel şəbəkəsi yayımçıları vasitəsilə Azərbaycanda sərbəst şəkildə yayımlanır. Belə olan halda Azərbaycan televiziya kanalları çox ciddi rəqabət mühitindədir. Avropa, Rusiya, Türkiyənin reklam bazarında mövcud vəziyyətlə Azərbaycanın reklam bazarındakı vəziyyət tamamilə fərqlidir. Türkiyə və Rusiya efirində reklamın bir dəqiqəsi 50 min ABŞ dollarından yuxarıdır. Ancaq bizdə bu rəqəm 1000-2000 manat arasında dəyişir. Reklam bazarında bu qədər böyük fərq özünü verilişin keyfiyyətində göstərir. Bu haqda ciddi düşünmək lazımdır.
Bizim yayımçılarla ciddi münaqişələrimiz yoxdur. Hər hansı problem varsa, kanal rəhbəri ilə danışıb, dərhal həll edirik. Son zamanlar efirdə ciddi bir problem olmayıb ki, ona qarşı tədbir görülməsin. Özəl kanallardakı şou xarakterli verilişlərin səviyyəsi çox aşağıdır. Amma qanun bəzən onlara bu ixtiyarı verir. Həm kadr potensialında olan problemlər, həm də iqtisadi məsələlər bunların həllinə müəyyən çətinliklər yaradır. Çalışmalıyıq ki, televiziya və radio verilişlərinin keyfiyyətini artıraq. Milli Televiziya və Radio Şurası tənzimləyici qurumdur və özəl televiziya kanallarının fəaliyyətinə müdaxilə etmir. Amma "Televiziya və radio yayımı haqqında qanunun tələbləri pozulduqda Şura sözünü deyir. Bizim əsas vəzifələrimizdən biri həm də ictimaiyyətin maraqlarını qorumaqdır. Bir tərəfdən ictimaiyyətin, digər tərəfdən isə teleradio yayımçılarının marağını qorumaq (gülür). Şura burada balanslaşdırılmış siyasət aparır. Hamı telekanalları günahlandırır, lakin onlar çox ciddi rəqabət mühitində fəaliyyət göstərir. Bu baxımdan işi dərindən bilməyənlər bizi günahlandırır. Hamı Şuranı ciddi cəza verən orqan kimi görür.

- Şuranın "qara siyahısındakı verilişlərin sayında artım var? Həmin verilişlərin adlarını açıqlaya bilərsiniz?

- İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlər var. Biz onları daim diqqətdə saxlayırıq. Bəzən hətta bizim tövsiyələrimizlə kanal rəhbərləri bu tip verilişlərə qarşı tədbirlər görür. Biz bu məsələlərin qarşılıqlı anlaşma yolu ilə həll olunmasını istəyirik. Bu işdə əsas rol televiziya kanallarının üzərinə düşür. "Qara siyahıdakı verilişlərin sayı nisbətən azalıb.

Şou xarakterli verilişlərin efir-səhnə mədəniyyətində müəyyən problemlər qalsa da, müəyyən irəliləyişlər var. İctimai fikirdə isə belə rəy formalaşdırılıb ki, bizim efirdə olan hər şey pisdir. Bu, doğru yanaşma deyil. Azərbaycan televiziyasında, "Mədəniyyət telekanalında Azərbaycan xalqının milli-mənəvi dəyərləri, efir-səhnə mədəniyyəti, ədəbi dil qaydaları qorunur. Özəl televiziya kanallarında isə ciddi problemlər var və bu problemlər həll olunmalıdır.

- Yeni telekanalın açılması ilə bağlı müsabiqə elanı nəzərdə tutulur?

- Azərbaycan kimi ölkə üçün ümumrespublika yayımçılarının sayı həddən artıq çoxdur. Bunu indiki reklam bazarına, auditoriyaya baxıb deyirəm. Qonşu Türkiyədə 24, Gürcüstanda isə 4-5 ümumrespublika yayımçısı var. Azərbaycanda isə ümumrespublika yayımçılarının sayı 10-dur. Bu, böyük rəqəmdir. Hələlik yeni telekanalın açılması haqda düşünmürük.

- Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, Milli Televiziya və Radio Şurasının teleradio fəaliyyəti sahəsində səlahiyyəti ləğv edilib. Fərman bu ilin iyunun 1-dən qüvvəyə minib. Bu sahədə lisenziyalar İqtisadiyyat Nazirliyitərəfindən veriləcək. Şuranın burada nəzarətedici funksiyası saxlanılacaq? Ümumiyyətlə, lisenziya verilməsi prosesi necə tənzimlənəcək?

- Bu yaxınlarda Azərbaycanda teleradio yayımı fəaliyyətinin dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılması ilə bağlı Milli Məclisdə qanun qəbul edilib. "Lisenziyalar və icazələr haqqında qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik təklifi irəli sürülüb. Artıq bu qanunun qəbulu ilə teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyi sahələrə aid edilib. Teleradio yayımı müsabiqəsiz həyata keçirilərsə, bu sahəni necə tənzimləmək olar? Yayımçılar üçün həddən ağır şərtlər var. Teleradio yayımçısı ölkə vətəndaşı olmalı, məhkumluğu olmamalıdır. Partiyalar, dini birliklər yayımla məşğul ola bilməz. Təsisçilər haqda yuxarıdakı məlumatları kim müəyyənləşdirəcəkdi? Təbii ki, Milli Televiziya və Radio Şurası.

- Yəni əvvəl olduğu kimi yayımçılara lisenziyanı Şura verəcək?

- Bəli, əvvəlki qaydada bu proses bizim tərəfimizdən həyata keçiriləcək. Milli Məclisdə qəbul olan sonuncu qanun bu hüququ bizə verir.

- Bu ilin 22 oktyabrında "Mədəniyyət telekanalının lisenziyasının müddəti başa çatıb. Telekanalın lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq?

- Növbəti iclasımızda "Mədəniyyət telekanalının lisenziyasının uzadılması məsələsinə baxacağıq.

- 161 min manat məbləğində cərimə ANS ÇM-dən tam şəkildə tutulub?

- Lazım olan işləri görmüşük. Digər məsələləri Ədliyyə Nazirliyinin müvafiq qurumları həll edəcək.

Qeyri-qanuni kabel şəbəkəsi yayımı ilə məşğul olanların sayı həddən artıq çoxdur və bunlara qarşı tədbir görülməlidir. Bu haqda biz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Vergilər Nazirliyinə müraciət etmişik. Milli Televiziya və Radio Şurasının fiziki imkanları onları bir-bir müəyyənləşdirməyə imkan vermir.

- Şura ötən ilin sonu, bu ilin əvvəlində kabel şəbəkəsi yayımı ilə məşğul olan çox sayda hüquqi və fiziki şəxsə lisenziya verib. Hazırda qeyri-qanuni kabel şəbəkəsi yayımı hallarına rast gəlinir?

- Çox təəssüf ki, bu hal davam edir. Azərbaycanda internet yayımının sürətlənməsi, internetdən istifadənin artması Azərbaycanda kabel şəbəkəsinin yeni formalarının artmasına gətirib çıxartdı. Bu yayımın digər ərazilərə çatdırılması və keyfiyyətin artırılması, kanalların sayının artırılması baxımından müsbət addımdır. Lakin bundan sui-istifadə edənlər olur. Lisenziya almadan, çoxmərtəbəli binaların üzərinə texniki avadanlıqlar quraşdıraraq qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar şəxslər var. 

Qeyri-qanuni kabel şəbəkəsi yayımı ilə məşğul olanların sayı həddən artıq çoxdur və bunlara qarşı tədbir görülməlidir. Bu haqda biz dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Vergilər Nazirliyinə müraciət etmişik. Milli Televiziya və Radio Şurasının fiziki imkanları onları bir-bir müəyyənləşdirməyə imkan vermir.
Radio və televiziyalar üçün vəziyyət ideal deyil. Hətta telekanallar Teleradio İstehsalat Birliyinə, "Azərkosmos borclarını ödəyə bilmir. Bütün telekanalların Teleradioya, "Azərkosmosa çoxlu borcu yaranıb. Bunlar gərək aybaay ödənilsin. Dövlət də bu sahədə dəstəyini daima göstərir. Gərək telekanallar bundan nəticə çıxarsın.

- MTRŞ İTV-ni "Qarabağnaməçoxseriyalı bədii televiziya filminiyarımçıq dayandırdığına görə məhkəməyə verib. İşə hazırda Ali Məhkəmədə baxılır. Artıq telekanalda "Qarabağnamənin anonsu yayımlanır. Serial təhvil verilsə, iddianızdan geri çəkiləcəksiniz?

- Telekanallar seriallara ayrılan vəsaiti çox böyük həvəslə qəbul etdi, amma serialı çəkib tamaşaçılara göstərməkdə problem yaratdı. Bu səbəbdən çox ciddi addımlar atmaq məcburiyyətində qaldıq. Öhdəliklərini yerinə yetirməyən həm İTV-ni, həm də ANS-i məhkəməyə verdik. Hazırda məhkəmə prosesləri davam edir. Bu yaxınlarda mənə məlumat verdilər ki, artıq İTV "Qarabağnamənin çəkilişi başa çatdırıb. Biz məhkəmədə pulun geri qaytarılmasını yox, pulun doğru xərclənməsinə nail olmaq istəyirik. Baxmayaraq ki, həmin vəsait çoxdan xərclənib. İTV öz öhdəliklərini yerinə yetirsə, müqavilə şərtlərinə əməl etsə, iddiamızdan geri çəkilə bilərik.

- 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manatvəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib. Bu qərarın icrasına nəzarət edilirmi?

- Əlbəttə nəzarət edilir. Biz vəsaiti kanallara ödəyərkən, onlarla müqavilə imzaladıq. Telekanallar xərclər üzrə ödədiyi maliyyə sənədini bizə təqdim edir. İki milyon manatı 333 333 manat olmaqla, 6 kanal arasında bölüşdürdük. Bu qərar telekanalların maddi-texniki bazasının güclənməsinə xidmət edir.
Radio və televiziyalar üçün vəziyyət ideal deyil. Hətta telekanallar Teleradio İstehsalat Birliyinə, "Azərkosmos borclarını ödəyə bilmir. Bütün telekanalların Teleradioya, "Azərkosmosa çoxlu borcu yaranıb. Bunlar gərək aybaay ödənilsin. Dövlət də bu sahədə dəstəyini daima göstərir. Gərək telekanallar bundan nəticə çıxarsın.

- Televiziyalarda ədəbi dillə bağlı vəziyyət ürəkaçandırmı?

- Ümumiyyətlə, efirdə Azərbaycan dili mövqeyini tam olaraq, qoruyub saxlayır. Bunun haqqında Milli Televiziya və Radio Şurası xüsusi qərarlar qəbul edib. Amma bundan sonra keyfiyyət məsələsi ortaya çıxır. Azərbaycan ədəbi dilinin qorunması, inkişaf etdirilməsi ciddi məsələdir. Bu, təkcə televiziyaların işi deyil. Şura öz səlahiyyətləri daxilində çalışır ki, bunları etsin. Hətta bir neçə il davamlı şəkildə Dilçilik İnstitutunun əməkdaşları ilə birgə monitorinqlər apardıq və bunun nəticələrini ictimaiyyətə açıqladıq. Bunun müəyyən mənada xeyri oldu. Amma Şurada dilçilik sahəsində mütəxəssislər yoxdur. Eyni zamanda, hər bir aparıcı efirdə öz fikrini sərbəst ifadə edir. Artıq onun danışığının ədəbi dil qaydalarına uyğun olub-olmamağını biz müəyyənləşdirə bilmirik. Dilçilik İnstitutu hansısa kanalın Azərbaycan ədəbi dil qaydalarını mütəmadi olaraq, kobud şəkildə pozması barədə bizi məlumatlandırsa, müəyyən addımlar ata bilərik.