Prezident Bolqarıstan və Moldova respublikasının yeni seçilmiş prezidentlərini təbrik etdi.

Unikal.org xəbər verir ki, hər iki sənəddə deyilir:

yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Rumen Radevə

"Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

yeni seçilmiş Prezidenti Zati-aliləri cənab İqor Dodona

"Hörmətli cənab Dodon,

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".