Dünən "O səs Türkiyə"də yenə maraqlı anlar yaşanıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Belma Tatlıcı adlı iştirakçı çıxışından sonra yarışmaya anasının arzusunu yerinə yetirmək üçün gəldiyini bildirib.

O, qeyd edib ki, hazırda kulisdə olan 83 yaşlı anası Filiz uzun illər musiqi ilə məşğul olub. Aparıcı Acun İlıcalının və seyrçilərin xahişi ilə yaşlı qadın səhnəyə gəlib və mahnı oxuyub.