Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi "Astara Elektrik Stansiyasında da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmət qrafikə uyğun vaxtında göstərilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Ötən illərdə olduğu kimi cari ilin 10 ayında da elektrik enerjisi istehsalında problem yaranmamış və stansiya cari ilin 10 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, 2016-cı ilin 10 ayı ərzində stansiyada 148,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Kollektiv cari ilin oktyabr ayında da yaxşı işləmiş və stansiyada 18,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 0,6 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Digər enerji obyektləri kimi "Astara Elektrik Stansiyasında da iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.

2016-cı ilin son üç ayı ərzində "Astara ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun ¬aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan nasazlıqlar aradan qaldırılıb.

Ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilmiş və 10 aqreqatdan ibarətdir.