Ötən ay tanınmış müğənni Elnarə Xəlilovanın avtomobili qəzaya uğramışdı. O bu barədə sosial şəbəkədə paylaşım edərək onu vuran avtobus sürücüsünün kimliyinin tapılmasını mediada bu xəbərin işıqlandırlmasını xahiş etmişdi. Daha sonra isə müğənni həmin fotonu sosial şəbəkədən silib.

Unikal.org bildirir ki, bu barədə big.az-a danışan ifaçı bildirib ki, həmin avtobus şoferi onun qohumu imiş:

"Bəli, doğrudur. Qohum idik. Həm də ki,çox yaxın tanışımın şirkəti idi. Ona görə də, tez bir zamanda şəkili instagram hesabımdan çıxardım. Şikayət ərizəmi geri götürdüm".