Amerikalı Johnny Mullins bəlkədə ətraf mühit qoruyucularının qəzəbinə tuş gələcək.

Belə ki, həvəskar meteoroloq olan Johnny Mullins, Facebook-da çoxlu izlənmə sayı yığmaq üçün Kentukki ştatının meşələrindən birində ağacları yandırıb. O, videonu öz Facebook səhifəsində paylaşmışdır. 

Unikal.org-un xəbərinə görə, öz hərəkəti ilə Mullins canlı yayımına daha çox adamı cəlb edərək məşhur meteoroloq olmaq niyyətini güdürmüş. Məlumata əsasən öz günahını etiraf edəndən sonra Mullins polislər tərəfindən həbs olunub (ABŞ qanunvericiliyinə əsasən bu cür cinayət 25 il azadlıqdan məhrum edilmə ilə cəzalandırılır).

"Bu həqiqətən də iyrənc bir hərəkətdir. Çünki, əslində o yaxşı oğlandır. Lakin o yanılır və digərlərini necə böyük təhlükəyə atdığını başa düşmür - polis rəisi James Stephens bildirib.technote.az