Azərbaycanlı milyarder Araz Ağalarov yeni seçilmiş ABŞ prezidenti Donald Trampla bağlı Rusiya KİV-ə müsahibə verib.

Unikal.org lent.az-a istinadən müsahibədən maraqlı məqamları təqdim edir.

-Biz sizinlə narahat idik ki, Tramp prezident seçilməyəcək. Amma gördüyünüz kimi güclü çıxdı.

- Hə, Tanrıya şükürlər ki, belə oldu.

- Sual bəlkə də sizin üçün qeyri-ciddi görünəcək. Klinton tərəfdarları deyirdilər ki, siz Trampı maliyyələşdirənlərdən biri olmusunuz-¦

- Mən özüm özümü maliyyələşdirə bilmirəm, ABŞ prezidentliyinə namizədi necə maliyyələşdirəcəkdim? Elə bir iqtisadi böhrandayam ki, ABŞ prezidenti yadıma düşür? İndi özümüz bu böhrandan çıxmalıyıq, nəinki kimisə maliyyələşdirmək.

- Başa düşdüm. Siz bir neçə dəfə Trampla görüşmüsünüz, məncə, münasibətlər bundan sonra daha da inkişaf edəcək.

- Bircə onu deyə bilərəm ki, yaxşılığa doğru dəyişikliklər olacaq.

- Siz onun xarakterinə bələdsiniz. Xatırlayırsınızsa, həm seçiciləri, həm də elə Rusiyanı qorxudurdular ki, Tramp kobud adamdır. Sözünün üstündə duran deyil, qadınlara irişir, adı seksual qalmaqallarda hallanır...

- Əvvəla onu deyim ki, kişi xoşladığı qadına irişirsə, deməli əsl kişidir. Ən pisi o olardı ki, Tramp kişilərə irişərdi. Nəhayət, onun sözünü tutmamağı barədə. Biznesdə belə bir qayda var, sözünü tutmadınsa, uğur qazana bilməzsən. Tramp iki dəfə müflis olub, amma hər dəfə də ayağa qalxaraq uğur qazana bilib.

- Xaraktercə necə adamdır?

- Donald Tramp mənim xoşuma gəlir.

- Zəhmət olmasa deyin, Tramp Eminin klipinə necə çəkildi? Nə qədər xərc çıxdı?

- Nə pul? Bircə bu çatmırdı. Trampa nə qədər pul verməlisən ki, klipə çəkilə?! Əlbəttə pulsuz çəkildi.

- Yəni tanışlıq xətrinə?

- Hə, Moskvada "Kainat gözəli müsabiqəsi keçirilirdi. (Müsabiqə Ağalarova məxsus "Krokus Ekspoda baş tutub) Tramp düz bir həftə bizimlə bir yerdə oldu. Bir gün Emin xahiş elədi ki, bircə epizod da olsa klipə çəkilə bilərmi? Donald dedi ki, fasilədə 10 dəqiqə vaxtı olacaq, çatdıra bilərlərsə, problem yoxdur. Bircə dubla da çəkildi.

- Bir sual da verim. Tramp bir həftə Moskvada oldu deyirsiniz. Bəs Kreml rəsmilərindən kiminləsə görüşmədi?

- Yox, əminliklə deyirəm ki, belə hal olmadı.

- Trampa qələbə münasibətiylə zəng etdiniz?

- ABŞ prezidentinə zəng etmək sizə asan gəlməsin. Amma teleqram göndərəcəyəm.

- Onun telefon nömrəsini bizə verə bilərsinizmi zəng edək?

- Yox, verə bilmərəm.

- Niyə?

- Kiminsə kontaktlarını başqasına razılığı olmadan vermək etik deyil.