Türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Kloe Louqhnan dünyaca məşhur model agentliyi "Ford Models Mayami"nin heyətinə daxil olub.

Unikal.org-un xəbərinə görə, Kloe bunun üçün tez-tez Amerikaya gedir. Xanımının isə Sərdar Ortaca şərti belə olub:

"İstanbuldakı evimizi sataq. Mayamidə ev alıb orada yerləşək. Türkiyədə qalmaq istəmirəm. Mənim gələcəyim orada. Ya mənimlə gələrsən, ya da mən gedirəm".