Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək. 

Unikal.org-un Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər əsnasında Elmar Məmmədyarov noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.