Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Yerevanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Unikal.org bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.

Avropa İttifaqının məlumatına əsasən, noyabrın 17-də Yerevanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.