"Əlillərə verilən 55 manat müavinət utancvericidir

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikri millət vəkili Aytən Mustafayeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, əlil ona verilən 55 manatlıq müavinətlə necə yaşaya bilər?: 

"Bu sadəcə utancdır. Ona görə də bu məsələyə mütləq baxmaq lazımdır. 55 manatla necə yaşamaq olar? Bu vəsaitlə kommunal, dərman xəclərini ödəsin, yoxsa dolansın. Ona görə də büdcədə bu vəsaitlərin artırılması lazımdır.

Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, komitənin toxunduğu bəzi məsələlər bəzən qıcıq yaradır: "Ona görə də bu mövzuya toxunarkən diqqətli olmalıyıq. Razıyam ki, problemlər var və diqqət yetirilməlidir. Ölkə başçısı bir müddət əvvəl milli qəhrəmanlara verilən müavinətin həcmini 30 faiz artırdı. Çox güman ki inflyasiya rəqəmləri nəzərə alınacaq və ona uyğun addımlar atılacaq.