Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xəttin yaradılması təşəbbüsü ilə çıxış edib.

Unikal.org apa-ya istinadən məlumatına görə, o, RİA "Novosti" agentliyinə müsahibəsində bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

S.Sarkisyanın sözlərinə görə, 1990-cı ildə belə bir təşəbbüsə əl atılıb: "O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur.