Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Şahdağ Bölməsinə yeni rəis təyinatı olub. 

Unikal.org-un "Report"-a istinadən məlumatına görə, Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, bu posta Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Qərargahının inspektoru, polis kapitanı Səbuhi Rüstəmov təyin edilib.