"Forbes jurnalı 2016-cı ildə ən çox qazanan 30 yaşdan kiçik məşhurların siyahısını hazırlayıb.

Unikal.org-un məlumatına görə, siyahıya 170 milyon dollar qazancı ilə 26 yaşlı amerikalı müğənniTeylor Sviftbaşçılıq edir.

İkinci yerdə 110 milyon dollarla"One Directionqrupunun solistləri qərarlaşıblar ki, onlar da 22-24 yaş arasıdırlar.

Üçüncü yerdə 29 yaşlı argentinalı futbolçu, "Baselonanın hücumçusuLionel Messiqərarlaşıb ki, o da bu il 81, 5 milyon dollar qazanıb.

"Forbesin hazırladığı siyahının 4-cü və 5-ci yerlərində müğənnilərAdelvəRihannaqərarlaşıb.

Siyahının ən gənc qalibi isə müğənniCastin Biberdir, o, 6-cı yerdədir.

Siyahıda həmçinin, 29 yaşlı serbiyalı tennisçi Novak Cokoviç (56 milyon dollar), basketbolçu Kevin Dyurant (56 milyon dollar), 26 yaşlı müğənni "The Weeknd (55 milyon dollar), 27 yaşlı futbolçu Kem Nyyuton (53 milyon dollar) və qolfçu Cordan Spit (53 milyon dollar) da var.