Goranboyda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.