Bağırsaqlarımızda trilyonlarala bakterilər yaşayır. Elmdə onların yalnız 10% araşdırılıb, digərləri mikrobioloqlar üçün sirr olaraq qalır.

Unikal.org bldirir ki, Texas Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı insan orqanizmində yaşayan və orqanizmə güclü xərçəngəleyhinə təsir edən bakterilər aşkar ediblər.

Ruminococcus bakteriləri bağırsaqlarda yaşayır və burada əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Alimlər gələcəkdə Ruminococcus bakterilərinin bu təsirini xərçəngin müalicəsi və profilaktikasında istifadə etməyi planlaşdırır.
Ümumiyyətlə bağırsaqların mikroflorası insanın sağlamlığında çox böyük rol oynayır. Xüsusilə bu immun sisteminin fəaliyyətinə aiddir. Sağlam, normal bağırsaq mikroflorası sağlamlığımızın əsas təməllərindən biridir.