Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org bildirir ki, Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində Kirov dairəsi adlanan ərazidə "VAZ-21015 markalı, 90 NE 558 dövlət qeydiyyat nişanlı avtomobil 1956-cı il təvəllüdlü Məmmədov Vaqif Musa oğlunu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.