"5-ci element" verilişində qona olan dünya çempionu Rafael Ağayev, ona verilən bahalı hədiyyələrdən danışıb.

Unikal.org-un məlumatına görə, R.Ağayev aparıcı Kamilə Babayevanın "Bir dəfə sizə dəyəri yüz min olan maşın verdilər. Ondan başqa hansı bahalı hədiyyələri almısınız sualına belə cavab verib:

"Ölkə başçısı mənə ev hədiyyə edib. Bir də iki dəfə "Q7 markalı maşın bağışlanıb. Hər ikisi də təsadüfdən martın 4-də ad günüm ərəfəsində olub.