"Zarafat-zarafat verilişində müğənni Xatun Əliyeva aşıq Telli Borçalı ilə bağlı sirrini açıqlayıb.

Unikal.org-un məlumatına görə, ifaçı  bildirib ki, aşıq ona qadağa qoyub:

"Bir çox tanınmış var ki, onları parodiya etmək üçün ürəyim gedir. Amma mənə "zapret qoyublar. Onlardan biri də Telli Borçalıdır. Mənə qadağa qoyub, parodiya edilməyi qətiyyən istəmir. Bir-iki adam da var, adların sonra deyərəm.

Xatun daha sonra ad çəkmədən K.Kərimovanı parodiya etməyə başlayıb.

Qeyd edək ki, K.Kərimova ilə Xatun arasında parodiyaya görə qalmaqal yaşanmışdı. Sənətçinin parodiyası qarşı tərəfi əsəbiləşdirmişdi. Xatun verilişlərin birində K.Kərimovadan üzr istəsə də, onların barışığı uzun çəkməyib. Hazırda hər iki ifaçı yenidən küslüdür.