Bolqarıstandan Türkiyəyə Ədirnədə Kapıkule Sərhəd Keçid məntəqəsindən keçmək istəyən 23 yaşlı qızın çantasında 3 kiloqram marixuana aşkar edilib.

Unikal.org xəbər verir ki, türkiyə mətbuatının yaydığı məlumata görə, saxlanılan 23 yaşlı qız Bolqarıstanda əyalət üzrə polis şöbəsinin rəisi Miroslava I.-nin qızı olduğu müəyyənləşib.  

Qızı avtomobili ilə Türkiyəyə gətirən 30 yaşındakı Ahmet K. həbs olunub. Avtomobildə sərnişin olaraq olan Desislava I-nın 19 yaşındakı bacısı Zornitsa I. isə nəzarət edilmək şərti ilə sərbəst buraxılıb.

Bolqarıstanda Hüquq Fakültəsinin 4-cü kurs tələbəsi olan Desislava prokurorluğa narkotikin özlərinə aid olduğunu etiraf edib.  Avtomobilin sürücüsü Əhməd K. çıxarıldığı məhkəmə tərəfindən həbs olundu. Bacı Zornitsa I. isə ölkə xaricindən kənara çıxmamaq şərti ilə sərbəst buraxıldı.

Məlum olub ki, qızın məmur atası Türkiyəyə istirsahətə gəlib. Ata qızlarını da Türkiyəyə dəvət edib. Hadisədən xəbər tutan ata göz yaşlarına hakim ola bilməyib. O bildirib ki, mən polis rəisiyəm, Bolqarıstana hansı üzlə dönəcəm.