Müğənni-bəstəkar Murad Arifin ailəsində daha bir ağır itki baş verib.

Unikal.org axşam.az-a istinadən bildirir ki, ifaçı ötən gün dərman içərək dünyasını dəyişən publisist Oqtay Əliyevin 12 yaşlı nəvəsi Fərəhin onun qohumu olduğunu bildirib.

M.Arif qeyd edib ki, Fərəh bibisinin nəvəsi olub:

"12 yaşlı Fərəh uçub getdi. Məyusluq, boşluq və hüzn içindəyəm. Yer üzündən bir mələk əskildi.

Valideynlərindən heç bir irad, töhmət almayıb. Özü təhsilində prinsipli imiş. O yaşda haqsızlığa hər kəs adekvat münasibət göstərə bilmir. Kimisə qınamaq da olmur. Qismət, qədər. Ananın yeganə balası".

Qeyd edək ki, bir neçə gün əvvəl M.Arifin əmisi dünyasını dəyişmişdi.