Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Unikal.org xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən azertag-a bildiriblər ki, qarın yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 4 dərəcəyədək aşağı düşüb.

Qubanın Xınalıq kəndinə 6 santimetr, Qusarın Ləzə kəndində isə 5 santimetr qar yağıb. Ümumilikdə şimal bölgəsində dağlıq ərazilərə düşən qarın hündürlüyü 2-7 santimetr təşkil edir.