Xəbər verdiyimiz kimi, bu gün noyabrın 18-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin "Rəşid Behbudov sürətli sərnişin gəmisinin, "Gəncə tankerinin və "Qafur Məmmədov quru yük gəmisinin istismara verilməsi mərasimi olub.

Unikal.org xəbər verir ki, "Rəşid Behbudov sürətli sərnişin gəmisinin istismara verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, SSRİ Xalq artisti, dünya miqyasında tanınmış azərbaycanlı müğənni Rəşid Behbudovun qızı Rəşidə Rəşid və oğlu Rəşid iştirak ediblər.

Nəvə Rəşid gəminin istismara verilməsi "düyməni basıb".